Moldova daxili işlər naziri Azərbaycana səfərə gələcək

Moldova daxili işlər naziri Azərbaycana səfərə gələcək Bu, son 26 ildə Moldova DİN səviyyəsində Azərbaycana ilk səfərdir
Daxili siyasət
4 Noyabr , 2017 12:38
Moldova daxili işlər naziri Azərbaycana səfərə gələcək

Kişinyov. 4 noyabr.REPORT.AZ/ Moldova daxili işlər naziri Aleksandru Jizdan noyabrın 15-16-da Azərbaycana rəsmi səfərə gələcək. 

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Moldova daxili işlər naziri Aleksandru Jizdan Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla keçirdiyi görüşdə bildirib. 

Nazir iki ölkə arasında hazırda mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərindən söz açaraq deyib ki, son 26 ildə ilk dəfə olaraq Moldovanın daxili işlər naziri Azərbaycana rəsmi səfər edəcək. A.Jizdan ölkəsinin təhlükəsizliyinin təmin olunması məsələsində Azərbaycan təcrübəsinin Moldova üçün maraq kəsb etdiyini də diqqətə çatdırıb. 

Q.Osmanov nazirə Azərbaycan barədə söylədiyi xoş sözlərə və ölkəmizə olan isti münasibətə görə təşəkkürünü bildirib. Diplomat Moldovada hökm sürən sabitlik və əminamanlığı vurğulayaraq bunu Nazirliyin uğurlu xidməti kimi qiymətləndirib. Eyni zamanda səfir A.Jizdanın yaxın günlərdə Azərbaycana nəzərdə tutulan səfərinin iki ölkə arasında münasibətlərin daha fəal inkişafına xidmət edəcəyinə ümid etdiyini qeyd edib. 

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi