Ədliyyə Nazirliyi: "Doğum və ölümü elektron qaydada qeydə almaq mümkün olacaq"

Ədliyyə Nazirliyi: "Doğum və ölümü elektron qaydada qeydə almaq mümkün olacaq" "Ədliyyə Nazirliyinin “Mobil əhali” tətbiqi həm ölkə daxilində, həm xaricdə yaşayan soydaşlarımızın məkandan asılı olmayaraq və növbədə gözləmədən doğumun, ölümün elektron qaydada qeydə alınması, ailə vəziyyəti və ailə tərkibi haqqında elektron arayışları
Daxili siyasət
21 Noyabr , 2022 11:53
Ədliyyə Nazirliyi: Doğum və ölümü elektron qaydada qeydə almaq mümkün olacaq
Reyhanə Kərimova

"Ədliyyə Nazirliyinin “Mobil əhali” tətbiqi həm ölkə daxilində, həm xaricdə yaşayan soydaşlarımızın məkandan asılı olmayaraq, növbədə gözləmədən doğumun, ölümün elektron qaydada qeydə alınması, ailə vəziyyəti, ailə tərkibi haqqında elektron arayışları daha tez və rahat şəkildə əldə olunmasını təmin edir".

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova "Rəqəmsal Ədliyyə Yenilikləri" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, fiziki şəxslər dövlət qurumuna hər hansı sənəd təqdim etmədən müvafiq sənədləri əldə edəcəklər:

"Vətəndaş özünə aid fərdi məlumatlarda dəqiqləşdirmələr aparmaq istədikdə, o, tətbiq vasitəsi məlumatların dürüstləşdirilməsi məqsədi ilə dövlət orqanlarına müraciət edə bilər. Artıq bu tətbiqinə 400 mindən çox istifadəçi var".

Son xəbərlər

Orphus sistemi