​Milli Şuranın mitinqi təxirə salınıb

​Milli Şuranın mitinqi təxirə salınıb Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin mayın 2-də keçirilməsi ilə bağlı təklifi qəbul olunmayıb
Daxili siyasət
30 Aprel , 2015 16:30
​Milli Şuranın mitinqi təxirə salınıb

Bakı. 30 aprel. REPORT.AZ/ "Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin vaxtı ilə bağlı təklifi Milli Şurada müzakirə edilib, qərar qəbul edilib". Bunu "Report"a açıqlamasında Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev deyib

O bildirib ki, Milli Şuranın növbəti mitinqi Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi vaxtda - mayın 2-də keçirilməyəcək: "İcra Hakimiyyətinin qərarı "Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna ziddir. Biz də qərara gəldik ki, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verək".

O.Gülalıyev qeyd edib ki, Milli Şura yenidən mitinqin keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

Xatırladaq ki, bu gün Bakı Şəhər İcra Hakimiyyətində Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mayın 3-də, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib. İcra Hakimiyyəti Milli Şuraya mitinqi mayın 2-də keçirməyi təklif edib.

Son xəbərlər

Orphus sistemi