Milli Şuranın mitinq keçirməsinə razılıq verilib

Milli Şuranın mitinq keçirməsinə razılıq verilib Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın müraciətini cavablandırıb
Daxili siyasət
2 Aprel , 2015 12:21
Milli Şuranın mitinq keçirməsinə razılıq verilib

Bakı. 2 aprel. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

Bu barədə "Report"a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı məlumat verib. O bildirib ki, BŞİH-də Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və aprelin 5-də saat 15-00-da Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirilməsinə razılıq verilib.

Qeyd edək ki, Milli Şura bundan öncəki mitinqini martın 15-də keçirib.

Son xəbərlər

Orphus sistemi