Mirmahmud Mirəlioğlu: “Hakimiyyətlə müqayisədə gücümüz sıfıra bərabərdir”

Mirmahmud Mirəlioğlu: “Hakimiyyətlə müqayisədə gücümüz sıfıra bərabərdir” “Zamanı gələndə bizi qınayanların cavabını verəcəyik”
Daxili siyasət
28 İyun , 2015 12:58
Mirmahmud Mirəlioğlu: “Hakimiyyətlə müqayisədə gücümüz sıfıra bərabərdir”

Bakı. 28 iyun. REPORT.AZ/ “Azərbaycan hakimiyyətilə müzakirələr apardığımıza görə bəziləri bizi qınadı. Bizi qınayanların nəzərində bu addım fiasko idi. Lakin biz bu cür düşünmürük”.

“Report”un məlumatına görə, bunu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

O bildirib ki, iqtidarla müxalif partiya sədrlərinin keçirdikləri görüşlərin konkret nəticəsi olmasa da, müəyyən gözləntilər var: “Biz bu işi davam etdirəcəyik. Zamanı gələndə bizi qınayanların da cavabını verəcəyik. Təbii ki, bu zaman itkilərimiz də olacaq. Hakimiyyətə təsir etmək imkanımız olmadığına görə bu addımı atdıq. Hər halda, bütün taktiki addımları yoxlamaq lazımdır. Hakimiyyətlə mübarizə aparırıq. Amma etiraf etmək lazımdır ki, gücümüz sıfıra bərabədir. Vəziyyəti dəyişmək üçün çalışmaq lazımdır”.

Son xəbərlər

Orphus sistemi