​Müsavat Partiyası Belçika Miqrasiya Xidmətinə müraciət edəcək

​Müsavat Partiyası Belçika Miqrasiya Xidmətinə müraciət edəcək Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib
Daxili siyasət
8 İyun , 2015 18:21
​Müsavat Partiyası Belçika Miqrasiya Xidmətinə müraciət edəcək

Bakı. 8 iyun. REPORT.AZ/ Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

Divan üzvü Nemət Kərimlinin "Report"a verdiyi məlumata görə, iclasda qərarların icrası və görülən işlər barədə məlumat verilib.

"İclasda Müsavat Partiyası adından saxta arayış və vəsiqələrin verilməsi məsələsi müzakirə edilib. Qərara gəlinib ki, bu məsələ hüquqi müstəvidə həllini tapsın. Buna görə də Müsavat Partiyası Azərbaycandakı və Avropadakı məhkəmələrlə bu məsələlərə aydınlıq gətirəcək. Biz həmçinin partiya adından ayrı-ayrı şəxslərə verilən saxta arayışları Belçika Miqrasiya Xidmətinə təqdim edəcəyik", - N.Kərimli bildirib.

Son xəbərlər

Orphus sistemi