Mingəçevirdə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub - FOTO

Mingəçevirdə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub - FOTO Yeni salınmış istirahət parkı sakinlərin istifadəsinə verilib
Daxili siyasət
105
10 May , 2017 13:27
Mingəçevirdə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub - FOTO
Report.az

Mingəçevir. 10 may. REPORT.AZ/ Mingəçevir şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub.

“Report”un Şirvan bürosunun verdiyi məlumata görə, ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə şəhər ərazisində silsilə tədbirlər düzənlənib.

Belə ki, Energetiklər yaşayış massivində yeni salınmış istirahət parkının açılş mərasimi təşkil olunub. Şəhər rəhbərliyinin iştirakı ilə sakinlər ağac əkmə kompaniyasında fəallıq göstərib. Çox sayda həmişəyaşıl tingləri əkilib. Ardınca Sahil parkında nümayiş olunan kitab və rəsm sərgisinə baxış keçirilib. Rəsm sərgisində istedadlı yerli rəssam Gülnar Hilalinin əsərləri nümayiş olunub. 

Sonra incəsənət xadimləri və Uşaq Yardıcılıq Məktəbinin yetirmələri konsert proqramını təqdim edib.

Ulu öndərin anadan olmasının ildönümü münasibəti ilə daha bir tədbir Avarçəkmə Uşaq Gənclər İdman Məktəbində baş tutub. 

Burada 62 avarçəkənin iştirakı ilə “Bələdiyyə Kuboku “ yarışlarına start verilib. Üç gün davam edəcək yarışda idmançılıar kayak və kanoe qayıqlarında mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi