Mingəçevirdə Azərbaycan polisinin yaranmasının 100 illiyi qeyd edilib

Mingəçevirdə Azərbaycan polisinin yaranmasının 100 illiyi qeyd edilib Mingəçevir. 2 iyul. REPORT.AZ/ Mingəçevir şəhərində Azərbaycan polisinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Daxili siyasət
2 İyul , 2018 20:29
Mingəçevirdə Azərbaycan polisinin yaranmasının 100 illiyi qeyd edilib

Mingəçevir. 2 iyul. REPORT.AZ/ Mingəçevir şəhərində Azərbaycan polisinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

”Report”un Şirvan bürosu xəbər verir ki, şəhər Polis şöbəsində keçirilən tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri və polis veteranları iştirak ediblər.

Azərbaycan polisinin 100 illik şərəfli xidmət yolundan danışan Mingəçevir şəhər Polis şöbəsinin rəisi, polkovnik Cavid Muradov polis əməkdaşlarının dövlətçiliyin hər zaman sadiq keşikçiləri olduğunu bildirib. O, müasir dönəmdə Azərbaycan polisinin xidməti uğurlarının təməlində ulu öndər Heydər Əliyevin böyük xidmətləri dayandığını bildirib. Sonra C.Muradov daxili işlər naziri Ramil Usubovun rayon polis əməkdaşlarına təbrik məktubunu oxuyub.

Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov, şəhər prokuroru Azad Qarayev, Mingəçevir Şəhər Veteranlar Şurasının sədri Ələm Məmmədov çıxış edərək Azərbaycan polisinin şərəfli tarixindən və uğurlu xidmətindən bəhs ediblər. 

Sonda xidmətdə fərqlənən 5 polis əməkdaşı təltif olunub, 31 nəfər pul mükafatına layiq görülüb, 2 nəfərin xidməti rütbəsi artırılıb və 2 nəfərin xidməti cəzası vaxtından əvvəl üzərindən götürülüb.

Son xəbərlər

Orphus sistemi