Mingəçevir Gənclər Evinə media-tur təşkil olunub

Mingəçevir Gənclər Evinə media-tur təşkil olunub Mingəçevir Gənclər Evinə media-tur təşkil olunub.
Daxili siyasət
3 Fevral , 2023 12:22
Mingəçevir Gənclər Evinə media-tur təşkil olunub

Mingəçevir Gənclər Evinə media-tur təşkil olunub.

"Report"un məlumatına görə, burada gənclər evinin fəaliyyəti, planlaşdırılan işlər və layihələr haqqında danışılıb.

Qurumun direktoru Tural Kərimov "Report"a açıqlamasında bu il Mingəçevir şəhərinin gənclər paytaxtı müsabiqəsinin qalibi olduğunu xatırladıb: "Həmçinin Mingəçevir Gənclər evinin 10 illiyidir. Bütün illər ərzində müxtəlif layihələr həyata keçirtmişik. Hər zaman öz fəaliyyətimizdə gənclərin maraqlarını əsas prioritet məsələ hesab edirik. 10 il ərzində gənclərimiz üçün intellektual oyunlarla, təlim kursları və s. proqramlar təşkil edilib. 2018-ci ildə Gənclər evində "Əsas heyət bacarıqları" adlı kurs fəaliyyətə başlayıb. Bu kursun əsas məqsədi gənclərin gələcəkdə daha uğurlu kariyera qurmasına kömək etməkdir. Daha sonra 2019-cu ildə Mingəçevir Gənclər evində "Səyyar Gənclər evi" faliyyətə başlayıb. Burada isə əsas məqsəd kəndlərdə və rayonlarda olan gənclərin fəaliyyətlərini təmin etməkdir. Yeni layihələrimizdən isə İT kurslarımız var ki, burada gənclər İT sahəsində olan təcrübələrini artır eyni zamanda yeni biliklər əldə edirlər. Əlavə olaraq demək istərdim ki, mütəmadi olaraq "Gənclərin şəxsi inkişafı və kariyerası" adlı kurslarımız fəaliyyət göstərir. Biz burada öz kariyerasında uğur qazanmış şəxsləri dəvət edirik. Onlarda öz motivasiya xarakterli danışıqları ilə gənclərimizə dəstək olurlar.

O, Gənclər paytaxtı ilə əlaqədar bir sıra layihələrinin olduğunu da diqqətə çatdırıb: "Bu layihələrin təşkilində əsasən daha çox kontingentin əhatə olunmasıdır. Çox istəyirik ki, bu layihələrimiz gənclərimizə böyük tövhələr versin. Həmçinin "Səyyar Gənclər evi" layihəmiz artıq "Səyyar Gənclər paytaxtı" adı altında fəaliyyət göstərəcək".

Gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov Azərbaycanın bütün bölgələrində yerləşən gənclər evlərini əhatə edən yeni konsepsiya və inkişaf strategiyası tətbiq edilməyə başlanıldığını söyləyib: "Burada həm sosial fəaliyyətlər, həm də gənclərin asudə vaxtlarının səmərəli təşkili, könüllü fəaliyyəti və s. digər layihələr gənclər evlərində həyata keçiriləcək. Həmçinin yeni yanaşmalardan biri də gənclər evləri artıq araşdırma mərkəzləri kimi də fəaliyyət göstərəcəklər. Onlar regiondakı bütün gənclərin maraq və tələblərini araşdıraraq öz fəaliyyətlərini bu istiqamətdə qurmağa başlayacaqlar. Düşürük ki, gənclər evlərinin kommunikasiya strategiyasını daha da təkminləşdirmək lazımdır. Məhz bu məqsədlə gənclər evlərində piyar və marketinq sahələri daha da inkişaf etdiriləcək. Bütün gənclər evində roboto texnika və İT təlimlər mütəmadi olaraq yeni studiolar yaradılacaq. Həmçinin regiondakı gənclər üçün yeni məşğulluq imkanlarının yaradılması o cümlədən xarici bazarlarda daha kontensialı gənclərin formalaşması məqsədi ilə yeni bacarıqları təşkil edəcəyik.

Son xəbərlər

Orphus sistemi