Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə yekun vurulub

Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə yekun vurulub Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə keçirilən mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərin
Daxili siyasət
3 İyun , 2021 17:32
Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə yekun vurulub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə keçirilən mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə yekun vurulub.

"Report" xəbər verir ki, son təlim iyunun 3-də Füzuli rayonunda keçirilib. Yüksək ixtisaslı mütəxəssislər təlim iştirakçılarına risklər və təhlükəsiz davranış haqqında ətraflı məlumat verib, minalar və partlamamış hərbi sursatlardan qorunmaq üçün zəruri olan addımları izah edib.

Səfərlər zamanı təhlükə əlamətlərinə və işarələrinə diqqət etmək, müharibənin partlayıcı qalıqları ilə rastlaşdıqda davranışın təhlükəsizlik üçün əhəmiyyəti vurğulanıb.

Ağdam, Tərtər və Füzuli rayonlarında keçirilən təlimlərdə ümumilikdə 60 nəfər iştirak edib. Təlimə, əsasən, əhali ilə daha çox təmasda olan təhlükəsizliyə dair məlumatları digər şəxslərlə bölüşə bilən şəxslər - müəllim, şagird və icra nümayəndələri cəlb edilib.

Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə cəbhə xəttində yaşayan əhalinin maarifləndirilməsi üçün müxtəlif tədbirlər keçirilir. 2019-cu ilin aprel və sentyabr aylarında Qarabağın işğaldan azad edilmiş ərazisində, hazırda Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində, 2020-ci ilin sentyabr ayında isə Ağdam rayonunun Quzanlı qəsəbəsində ilk yardım göstərilməsi üzrə təlimlər təşkil edilib. Maarifləndirici xarakter daşıyan, praktiki məşğələlərdən ibarət olan və iştirakçılar tərəfindən müsbət qarşılanan bu cür təlimlərin davam etdirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi