Mina qurbanlarının problemlərinin həllinə yönəlmiş layihə başa çatıb

Mina qurbanlarının problemlərinin həllinə yönəlmiş layihə başa çatıb “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin mina qurbanlarının problemlərinin həll olunmasına yönəlmiş layihəsinin yekunları ilə əlaqədar mətbuat konfransı keçirilib.
Daxili siyasət
31 May , 2022 15:20
Mina qurbanlarının problemlərinin həllinə yönəlmiş layihə başa çatıb
Hafiz Səfixanov

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin mina qurbanlarının problemlərinin həll olunmasına yönəlmiş layihəsinin yekunları ilə əlaqədar mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə ictimai birliyin sədri Hafiz Səfixanov çıxış edərək layihənin məqsədlərindən danışıb.

Onun sözlərinə görə, layihənin əsas məqsədi mina qurbanlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasıdır.

Qarşıya qoyulan məqsədin mina qurbanlarının ailə vəziyyətinin yaxşılaşdırılmasını təmin etmək olduğunu söyləyən H.Səfixanov deyib ki, layihə çərçivəsində sözügedən şəxslərin övladlarının sağlamlıq və təhsil məsələləri nəzərə alınıb.

Təşkilat sədri vurğulayıb ki, bu, özəl sektorda kiçik biznesin inkişafına yönəlik layihədir.

O həmçinin qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi uğurla həyata keçirilir və bunu Azərbaycan öz vəsaiti hesabına edir.

Son xəbərlər

Orphus sistemi