Milli Şuranın mitinq təşkilatçılarına xəbərdarlıq edilib

Milli Şuranın mitinq təşkilatçılarına xəbərdarlıq edilib Polis: Mitinqdə asayişi poza biləcək addımların atılmasına imkan verilməyəcək
Daxili siyasət
1630
9 Sentyabr , 2016 18:05
Milli Şuranın mitinq təşkilatçılarına xəbərdarlıq edilib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Milli Şuranın sentyabrın 11-də keçiriləcək mitinqinin təşkilatçıları Eldəniz Quliyev, Vahid Məhərrəmov və İbrahim İbrahimli çağırış əsasında Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar.

E.Quliyev "Report"a açıqlamasında deyib ki, onlar BŞBPİ-nin rəis müavini Səhlab Bağırov ilə görüşüblər.

S.Bağırov Milli Şuranın sentyabrın 11-də saat 17:00-da Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirəcəyi mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib.

Bildirilib ki, mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, asayişi poza biləcək addımların atılmasına imkan verilməyəcək.

Mitinq təşkilatçıları da hər şeyin razılaşdırıldığı kimi olacağını qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi