​Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinə razılıq verməyib

​Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinə razılıq verməyib Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb
Daxili siyasət
30 Aprel , 2015 15:49
​Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinə razılıq verməyib

Bakı. 30 aprel. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və Milli Şuranın mayın 3-də, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib: "Bakı Şəhər İcra Hakimiyyətinin bizə təqdim etdiyi cavab məktubunda qeyd edilib ki, aksiyanın mayın 3-də keçirilməsi məqsədəuyğun deyil. Çünki həmin gün "Məhsul" stadionunda başqa tədbirin olması planlaşdırılıb. Bizə aksiyanı mayın 2-də keçirməyi təklif ediblər".

F.Qəhramanlı bildirb ki, Milli Şura mitinqin mayın 2-də keçirilməsi ilə bağlı təklifi müzakirə edərək qərar verəcək. 

Son xəbərlər

Orphus sistemi