Milli Məclisin yeni tərkibdə ilk toplantısı başlayıb, Prezident İlham Əliyev iclasda iştirak edir - YENİLƏNİB

Milli Məclisin yeni tərkibdə ilk toplantısı başlayıb, Prezident İlham Əliyev iclasda iştirak edir - YENİLƏNİB İclasda yeni deputatların adları oxunacaq, MSK sədri Məzahir Pənahov deputatlara vəsiqələrini təqdim edəcək
Daxili siyasət
24 Noyabr , 2015 12:18
Milli Məclisin yeni tərkibdə ilk toplantısı başlayıb, Prezident İlham Əliyev iclasda iştirak edir - YENİLƏNİB

Bakı. 24 noyabr. REPORT.AZ/ Parlamentin yeni tərkibdə ilk iclasını Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb. O deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparmalıdır. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub.

İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan edib.

Azərbaycan Respublikasının dövlət himni səslənib. F.Heydərov beşinci çağırış Milli Məclisə seçilən deputatların siyahısını oxuyub.

*** 12:00

V çağırış Azərbaycan Milli Məclisinin ilk iclası başlayıb. "Report" xəbər verir ki, Konstitusiya Məhkəməsi noyabrın 1-də keçirilən parlament seçkilərinin nəticələrini təsdiqlədikdən sonra yeni deputatlar ilk iclaslarına toplaşıblar.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir. 

İclasda yeni deputatların adları oxunacaq, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlara döş nişanlarını və vəsiqələrini təqdim edəcək.

Bundan başqa iclasda Milli Məclisin sədri, onun birinci müavini, iki müavini, parlament komitələrinin sədrləri, onların müavinləri, İntizam Komissiyasının sədri və tərkibi, Hesablayıcı Komissiyanın sədri və tərkibi seçiləcək. 

Son xəbərlər

Orphus sistemi