Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb Parlamentin İntizam Komissiyası yenidən təşkil olunacaq
Daxili siyasət
227
23 Yanvar , 2017 11:40
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb

Parlamentin İntizam Komissiyası yenidən təşkil olunacaq

Bakı. 23 yanvar. REPORT.AZ/ Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu "Report"a deyib ki, iclasın gündəliyinə 27 məsələ daxildir.

Bunlar Milli Məclisin İntizam Komissiyasının, Hesablayıcı Komissiyasının yenidən təşkil edilməsi, Milli Məclisin 2017-ci il üçün yaz sessiyasının qanunverici İşlər Planının təsdiq edilməsi, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, "İnformasiya əldə etmək haqqında", "Müflisləşmə və iflas haqqında", "Mühasibat uçotu haqqında", "Qrant haqqında", "Sosial sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Aviasiya haqqında", "Gömrük tarifi haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlarına dəyişiklik layihələridir.

Son xəbərlər

Orphus sistemi