Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) yaz sessiyasının ilk plenar iclası fevralın 2-də olacaq. “Report” xəbər verir ki, buna səbəb fevralın ilk gününün bazar gününə təsadüf etməsi olub.
Belə ki, MM-in Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır. Nizamnaməyə görə, əgər fevralın 1-i istirahət gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Yaz sessiyası mayın 31-dək davam edəcək.