Yuxarı
    Bağlamaq

    Milli Məclisin xərcləri azaldılıb

    Bununla bağlı layihə parlamentin iclasında qəbul olunub

    Bakı. 4 mart. REPORT.AZ/ Bu il üçün Milli Məclis və onun aparatının saxlanması üçün ayrılan vəsaitin həcmi 51 021 manat və ya 0,22% azaldılır. "Report"un məlumatına görə, bu, "Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında" Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı layihədə öz əksini tapıb.

    Dəyişikliklərə əsasən, 2016-cı ildə Milli Məclis və onun aparatının saxlanması üçün 22 mln. 694 min 934 manatın ayrılacaq. Qeyd edək ki, 2016-cı il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 22 mln. 745 min manat 955 manat vəsait nəzərdə tutulmuşdu.

    Sənəddə 2016-cı ildə ezamiyyə xərclərinin də azaldılması planlaşdırılır. Belə ki, Milli Məclisin 2016-cı ilin xərclər smetasında ezamiyyə xərcləri 163 min 900 manat və ya 14,77% azaldılaraq 1 mln. 110 min manat təşkil edəcək. Xatırladaq ki, 2016-cı ilin xərclər smetasında ezamiyyə xərcləri 1 mln. 273 min 900 manat səviyyəsində təsdiq edilmişdi.

    Bundan başqa, Milli Məclisin 2016-cı ilin xərclər smetasında idarənin saxlanılması ilə bağlı xərclər 1 mln. 033 min 700 manatdan 930 min 330 manata, dəftərxana və təsərrüfat xərcləri 346 min 300 manatdan 311 min 670 manata, mətbəə xərcləri 220 min manatdan 198 min manata, idarənin digər xərcləri 467 min 400 manatdan 420 min 660 manata, nəqliyyat xidmətləri haqqının ödənilməsi xərcləri 667 min 613 manatdan 637 min 362 manat, digər nəqliyyat xidmətləri xərcləri 300 min manatdan 270 min manata, kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi xərcləri 838 min 900 manatdan 822 min 700 manata, istehlak mallarının və materiallarının alınması 1 mln. 528 min manatdan 1 mln. 375 min 200 manata, yumşaq inventar və xüsusi geyimlərin alınması xərcləri 30 min manatdan 27 min manata, inventarın alınması xərcləri 200 min manatdan 180 min manata, avadanlığın alınması xərcləri 318 min manatdan 286 min 200 manata, digər alışlar və xidmətlər üzrə xərclər 980 min manatdan 882 min manata, abadlaşdırma xidmətləri haqqının ödənilməsi xərcləri 25 min manatdan 22 min 500 manata, sair xərclər 146 min manatdan 136 min manata, əsas vəsaitlərin alınması xərcləri 700 min manatdan 630 min manata, nəqliyyat vasitələrinin alınması xərcləri 250 min manatdan 225 min manata, digər maşın və avadanlıqlar üzrə xərcləri 450 min manatdan 405 min manata və qeyri istehsal aktivləri üzrə xərcləri 20 min manatdan 18 min manata qədər azaldılıb.

    Bunlardan fərqli olaraq, Milli Məclisin xərclər smetasına daxil olan yanacaq və sürtgü materiallarının alınması üzrə xərcləri 1,7 dəfə və ya 269 min 749 manat artırılaraq 637 min 362 manat təşkil edəcək.

    Beləliklə, 2016-cı il üçün Milli Məclisin xərclər smetasına daxil olan xərclər 976 min 212 manat azaldılıb. Yalnız yanacaq və sürtgü materiallarının alınması üzrə xərcləri 269 min 749 manat artırılıb ki, bunun hesabına 2016-cı il üçün Milli Məclisin xərclər smetasına daxil olan xərcləri ümumilikdə 706 min 463 manat azaldılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi