Əhəd Abıyev Toponimiya komissiyasından çıxarılıb

Əhəd Abıyev Toponimiya komissiyasından çıxarılıb Fəttah Heydərov və Ramiz Məmmədov Toponimiya komissiyasının üzvləri təyin ediliblər
Daxili siyasət
14 Aprel , 2015 12:59
Əhəd Abıyev Toponimiya komissiyasından çıxarılıb

Bakı. 14 aprel. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında Toponimiya komissiyasının tərkibinə dəyişiklik edilib. "Report" xəbər verir ki, dəyişikliyə əsasən, Budaq Budaqov və Həsən Mirzəyev vəfatları ilə əlaqədar Toponimiya komissiyasının tərkibindən çıxmış hesab ediliblər.

Bundan əlavə, Əhəd Abıyev, Əli Qasımov və Fəridə Məmmədova Toponimiya komissiyasının üzvlüyündən azad ediliblər. Fəttah Heydərov və Ramiz Məmmədov Toponimiya komissiyasının üzvləri təyin ediliblər.

Qeyd edək ki, dəyişikliklər səsə qoyularaq qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi