Milli Məclisin sədri Azərbaycanın Pakistandakı səfirliyində olub

Milli Məclisin sədri Azərbaycanın Pakistandakı səfirliyində olub Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.
Daxili siyasət
4 İyun , 2021 19:20
Milli Məclisin sədri Azərbaycanın Pakistandakı səfirliyində olub
Sahibə Qafarova
0 : 00
0 : 00

Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.

Bu barədə “Report”a Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Məlumata görə, Milli Məclisin sədri səfirlikdə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

Sonra parlamentin sədri və nümayəndə heyətinin üzvləri səfirlik əməkdaşları ilə tanış olaraq onlar üçün burada yaradılmış şəraitlə yaxından maraqlanıblar.

Milli Məclisin sədri səfirlikdəki xatirə kitabına öz ürək sözlərini yazıb.

Son xəbərlər

Orphus sistemi