Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin plenar iclası başlayıb İclasın gündəliyinə 36 məsələ daxildir
Daxili siyasət
25 Aprel , 2017 12:01
Milli Məclisin plenar iclası başlayıb
Milli Məclis / Report

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 36 məsələ daxildir.

İclasda “Vətəndaşların müraciətləri haqqında”, “Dövlət qulluğu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yol hərəkəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda, “Müflisləşmə və iflas haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında”, “Valyuta tənzimi haqqında”, “Lizenziyalar və icazələr haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dərman vasitələri haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Miqrasiya Məcəlləsinə və digər qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi