Milli Məclisin plenar iclasına 30-dək uşaq qatılıb

Milli Məclisin plenar iclasına 30-dək uşaq qatılıb Oqtay Əsədov uşaqları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib
Daxili siyasət
31 May , 2016 12:42
Milli Məclisin plenar iclasına 30-dək uşaq qatılıb

Bakı. 31 may. REPORT.AZ/ Milli Məclisin (MM) sədri Oqtay Əsədov Azərbaycanın bütün uşaqlarını 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.

“Report”un xəbərinə görə, parlamentin bugünkü plenar iclasında İctimai Televiziyanın layihəsi əsasında 30-a yaxın uşaq iştirak edib.

O.Əsədov çıxışında qeyd edib ki, uşaqların iclasda iştirakı sevindirici haldır: “Onlar necə də sakit və mədəni şəkildə oturub iclasın gedişinə qulaq asırlar. İnanıram ki, gələcəkdə onlar da Milli Məclisdə təmsil olunan deputatlar sırasında olacaq”.

Uşaqlar isə öz növbəsində spikerə təşəkkür edərək iclas zalını tərk ediblər.

Son xəbərlər

Orphus sistemi