Yuxarı
    Bağlamaq

    Milli Məclisin plenar iclası başlayıb

    İclasın gündəliyinə 38 məsələ daxildir© Report.az

    Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) yaz sessiyasının sonuncu plenar iclası başlayıb.

    "Report"un xəbərinə görə, MM sədri Oqtay Əəsdovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 38 məsələ daxildir.

    Belə ki, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi (3-cü oxunuşda), “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Vətəndaşlıq haqında”, “Veteranlar haqqında”, “Büdcə sistemi haqqında”; “Publik hüquqi şəxslər haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə olunacaq.

    Bundan başqa, Cəzaların icrası Məcəlləsinə, Cinayət Məcəlləsinə, Əmək Məcəlləsində dəyişiklik layihələrinə də baxılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi