Milli Məclisin payız sessiyasının ilk iclası başlayıb

Milli Məclisin payız sessiyasının ilk iclası başlayıb İclasın gündəliyinə 31 məsələ daxildir
Daxili siyasət
30 Sentyabr , 2016 12:01
Milli Məclisin payız sessiyasının ilk iclası başlayıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) payız sessiyasının ilk plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, iclası parlamentin sədri Oqtay Əsədov açıb. 

Daha sonra dövlət himni səsləndirilib. 

İclasın gündəliyinə 31 məsələ daxildir.

Bu sıraya  "Meliorasiya və irriqasiya haqqında", "Mühasibat uçotu haqqında", "Poçt haqqında", "Dövlət rüsumu haqqında", "Reklam haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Aviasiya haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlarına əlavə və dəyişikliklərdir. Bundan başqa, iclasda Azərbaycan hökumətinin bir sıra dövlətlərlə imzaladığı sazişlərin təsdiq edilməsi və s. daxildir.

Son xəbərlər

Orphus sistemi