Milli Məclisin növbəti plenar iclasının tarixi məlum olub

Milli Məclisin növbəti plenar iclasının tarixi məlum olub İclasda 2017-ci il üçün büdcə zərfinin təsdiqi gözlənilir
Daxili siyasət
8 Dekabr , 2016 15:49
Milli Məclisin növbəti plenar iclasının tarixi məlum olub

Bakı. 8 dekabr. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası dekabrın 16-da keçiriləcək.

"Report"un xəbərinə görə, iclasda 2017-ci il üçün büdcə zərfinin təsdiqlənəcəyi gözlənilir.

Büdcə zərfinə "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında ” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.

Qeyd edək ki, Milli Məclisin dekabrın 6-dan başlayaraq üç gün davam edən plenar iclaslarında büdcə zərfinə daxil olan məsələlər müzakirə edilib, deputatlar təkliflərini irəli sürüblər. Parlament bu təkliflərin dəyərləndirilməsi üçün hökumətə dekabrın 16-dək vaxt verib.

Son xəbərlər

Orphus sistemi