Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin növbəti plenar iclası başlayıb İclasın gündəliyinə 20 məsələ daxildir
Daxili siyasət
20 Oktyabr , 2017 12:02
Milli Məclisin növbəti plenar iclası başlayıb
Milli Məclis / Report

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.

“Report”un xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 20 məsələ daxildir.

Toplantıda Miqrasiya, Cinayət, İnzibati Xətalar, Mülki Prosessual, İnzibati Prosessual məcəllələrinə əlavə və dəyişikliklərə baxılacaq.

Bundan başqa, “Banklar haqqında”, “Poçt haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə - Hüquq Şurası haqqında”, "Mədəniyyət haqqında", “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və s. qanunlara dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq. 

Son xəbərlər

Orphus sistemi