Yuxarı

Milli Məclisin növbəti plenar iclası başlayıb

İclasın gündəliyinə 43 məsələnin müzakirəsi daxil edilib

Bakı. 4 mart. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası başlayıb. "Report"un məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 43 məsələnin müzakirəsi daxil edilib.

İclasda İnzibati Xətalar Məcəlləsinə bir neçə dəyişiklik, o cümlədən məcəllədə yanvarın 19-da qəbul edilmiş əlavəyə prezident tərəfindən veto qoyulması ilə bağlı sənədə baxılması, həmçinin V çağırış Milli Məclisdə xarici ölkə parlamentləri ilə işçi qrupların rəhbərlərinin yenidən təsdiqlənməsi, "Lisenziyalar və icazələr haqqında", "Poçt ödəniş xidmətləri haqqında", "Kitabxana işi haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunlara dəyişikliklərin müzakirəsi və bir neçə ölkə ilə sazişlərin ratifikasiyası məsələləri müzakirə olunacaq.

İclasda eyni zamanda, "Bədən tərbiyəsi və idman haqqında", "Publik hüquqi şəxslər haqqında", "Normativ hüquqi aktlar haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar haqqında", "İcbari sığortalar haqqında" və digər qanunlara, o cümlədən vergi və mülki məcəllələrə dəyişikliklər edilməsi də nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi