Yuxarı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub

İclasda Vətəndaşların müraciətləri haqqında qanun layihəsi I oxunuşda müzakirəyə təqdim ediləcək

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) növbəti plenar iclasının tarixi və gündəliyi məlum olub. MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu "Report"a bildirib ki, martın 6-da keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə 17 məsələnin müzakirəsi təqdim edilib.

İclasda ilk olaraq İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2014-cü il üzrə illik məruzəsi dinləniləcək. Daha sonra Azərbaycan hökuməti ilə Norveç krallığı arasında 2 sazişin təsdiq edilməsi, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərarda dəyişiklik edilməsi, Su, Torpaq, Cinayət və İnzibati Xətalar Məcəlləsində dəyişiklik, "Ovçuluq haqqında", "Heyvanlar aləmi haqqında", "Dini etiqad azadlığı haqqında", "Dərman vasitələri haqqında" və "Siyasi partiyalar haqqında" qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur.

İclasda, həmçinin "Vətəndaşların müraciətləri haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə təqdim olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi