Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 28 məsələnin müzakirəsi daxil edilib
Daxili siyasət
14 İyun , 2016 12:01
Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb

Bakı. 14 iyun. REPORT.AZ/ Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb.

“Report”un məlumata görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.

İclasın gündəliyinə 28 məsələnin müzakirəsi daxil edilib.

İclasda Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Elm haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirə olunacaq. Bundan başqa, iclasda bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsini nəzərdə tutan “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik edilməsi də deputatların müzakirəsinə çıxarılacaq.

Həmçinin, “Hərbi qulluqçuların statusu haqqında” qanuna, Miqrasiya, Vergi, İnzibati Xətalar, Mülki Prosessual Məcəllələrinə, o cümlədən bir sıra qanunlara dəyişikliklər edilməsi gündəliyə salınıb.

Son xəbərlər

Orphus sistemi