Yuxarı
    Bağlamaq

    Növbədənkənar seçkilərdə seçilən Milli Məclisin səlahiyyət müddəti 5 ildən az ola bilər

    Bu halda seçki səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir

    Bakı. 25 iyul. REPORT.AZ/ Növbədənkənar seçkilərdə seçilən Milli Məclisin səlahiyyət müddəti 5 ildən az ola bilər.

    "Report"un məlumatına görə, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə rəy verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarında deyilir.

    Qərara əsasən, Azərbaycan Respublikasının Referendum Aktının layihəsində təklif edilən 981-ci maddəyə aşağıdakı məzmunda II hissənin əlavə edilməsi də məqsədə müvafiq hesab edilib: “Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi