Milli Məclisin növbədənkənar plenar iclası başlayıb

Milli Məclisin növbədənkənar plenar iclası başlayıb İclasın gündəliyinə 38 məsələ daxildir
Daxili siyasət
13 İyun , 2017 12:00
Milli Məclisin növbədənkənar plenar iclası başlayıb

Bakı. 13 iyun. REPORT.AZ/ Milli Məclisin (MM) növbədənkənar plenar iclası başlayıb.

"Report"un məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 38 məsələ daxildir. İclasda Cinayət Məcəlləsinə, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Torpaq Məcəlləsinə, Vergi Məcəlləsinə dəyişiklik layihələri müzakirə olunacaq.

Eyni zamanda, "Atçılıq haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Turizm haqqında", "Təhsil haqqında", "Sosial müavinətlər haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Bələdiyyə qulluğu haqqında", "Sığorta fəaliyyəti haqqında", "İcbari sığortalar haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Əmək pensiyaları haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Valyuta tənzimi haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Dövlət qulluğu haqqında", "Məhkəmələr və hakimlər haqqında", "İşsizlikdən sığorta haqqında" qanunlarına dəyişiklik layihələrinə də baxılacaq. Dəyişiklik layihələrinin əksəriyyəti texnikidir.

Son xəbərlər

Orphus sistemi