Milli Məclisin növbədənkənar iclası başlayıb

Milli Məclisin növbədənkənar iclası başlayıb İclasın gündəliyinə 8 məsələ daxil edilib
Daxili siyasət
19 Yanvar , 2016 12:01
Milli Məclisin növbədənkənar iclası başlayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Milli Məclisin növbədənkənar iclası başlayıb. "Report" xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 8 məsələnin müzakirəsi daxil edilib.

İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

İclasda "Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişiklik, Vergi Məcəlləsində dəyişiklik, "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik, İnzibati Xətalar Məcəlləsində dəyişiklik, "Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik, "Gömrük tarifi haqqında" qanuna dəyişikliklər edilməsi nəzərdə tutulur.

Həmçinin, "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

İclasda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Şahin Mustafayev və digər rəsmilər də iştirak edir.

Son xəbərlər

Orphus sistemi