Yuxarı

Milli Məclisin plenar iclası başlayıb

İclasın gündəliyinə 28 məsələ daxildir

Bakı.14 oktyabr.REPORT.AZ/ Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, iclası giriş sözü ilə MM sədri Oqtay Əsədov açıb.

İclasın gündəliyinə 28 məsələ daxildir. Bunlar "Korrupsiyaya qarşı mübarizə haqqında", "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Təhsil haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət borcu haqqında", "Dövlət rüsumu haqqında", "Büdcə sistemi haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Dövlət qulluğu haqqında", "Şücaətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Yol hərəkəti haqqında", "Dərman vasitələri haqqında" qanunlarına və Mülki Prosessual Məcəlləyə, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə ediləcək dəyişikliklərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi