Milli Məclisin komitələrinin iclasları başlayır

Milli Məclisin komitələrinin iclasları başlayır Bu gün Regional məsələlər komitəsinin iclası keçiriləcək
Daxili siyasət
11 Sentyabr , 2015 12:21
Milli Məclisin komitələrinin iclasları başlayır

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) komitələri fəaliyyətə başlayıb. 

"Report" xəbər verir ki, bu gün parlamentin Regional məsələlər komitəsinin iclası keçiriləcək. Komitənin gündəliyində 8 məsələ var. 

İclasda komitənin ötən sessiyada gördüyü işlər müzakirə olunacaq, hesabat dinləniləcək və 2015-ci ilin payız sessiyası üçün iş qrafiki təsdiqlənəcək. 

Qeyd edək ki, V çağırış Milli Məclisin səlahiyyət müddəti noyabrın 1-də başa çatır. Həmin gün Azərbaycanda parlament seçkisi keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi