Yuxarı

Milli Məclisin komitələri yenidən formalaşdırılacaq - SİYAHI

Bir qrup deputat parlamentin iki komitəsində təmsil olunacaq

Bakı. 30 yanvar. REPORT.AZ/ Milli Məclisin 10 komitəsi yenidən formalaşdırılacaq.

"Report"un xəbərinə görə, komitələrin yenidən formalaşdırılması parlamentin Daxili Nizamnaməsinə edilən dəyişikliklərlə bağlıdır. 

Dəyişikliyə əsasən, artıq bir deputat eyni zamanda Milli Məclisin iki komitəsində təmsil oluna biləcək. Əvvəlki qaydalar bir deputatın yalnız bir komitənin üzvü olmasına imkan verirdi.

Bundan sonra bir neçə deputat parlamentin iki komitəsində təmsil olunacaq.

Belə ki, Məlahət İbrahimqızı və Tahir Kərimli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Xanlar Fətiyev və Vüsal Hüseynov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Mirzəcan Xəlilov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Fuad Muradov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Cavanşir Paşazadə Aqrar siyasət komitəsinin, Sevinc Hüseynova və Musa Quliyev Əmək və sosial siyasət komitəsinin üzvü olacaqlar.

Bundan başqa, Ülviyyə Ağayeva, Sona Əliyeva, Elşad Həsənov və Asim Mollazadə Elm və təhsil komitəsinin, Aqil AbbasƏflatun Amaşov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Ziyad Səmədzadə və Mixail Zabelin Mədəniyyət komitəsinin, Bəxtiyar Əliyev, Araz Əlizadə, Sahibə Qafarova, Tahir Mirkişili və Elman Nəsirov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Kamilə Əliyeva, İlham Məmmədov və Sədaqət Vəliyeva Səhiyyə komitəsinin tərkibinə daxil ediləcəklər.

Komitələrin yenidən formalaşdırılması məsələsinə Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında baxılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi