Bakı. 30 sentyabr.
“Report”un xəbərinə görə, parlamentin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi komitələri üzvlərinin seçilməsi haqqında” məsələyə baxılıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Cavid Osmanov Milli Məclisin Regional məsələlər, Kamran Nəbizadə isə Gənclər və İdman komitələrinin üzvləri seçiliblər.