Yuxarı

Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yeni tərkibi təsdiqlənib - SİYAHI

Parlamentin plenar iclası keçirilir

Bakı. 1 fevral. REPORT.AZ/ Milli Məclisin plenar iclasında İntizam və Hesablayıcı komissiyalarının yeni tərkibi təsdiqlənib.

“Report” xəbər verir ki, parlamentin İntizam Komissiyasında deputatlar Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə təmsil olunacaq.

Qanunverici orqanın Hesablayıcı Komissiyasının tərkibinə isə deputatlar Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin daxil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi