Yuxarı

Milli Məclisin İntizam Komissiyasının yeni tərkibi məlum olub - SİYAHI

Komissiyanın yeni tərkibinin təsdiqlənməsi məsələsinə Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında baxılacaq

Bakı. 23 yanvar. REPORT.AZ/ Milli Məclisin İntizam Komissiyasının yeni tərkibi məlum olub.

"Report" xəbər verir ki, qanunverici orqanın İntizam Komissiyasının tərkibində dəyişiklik edilməyib.

Belə ki, parlamentin İntizam Komissiyasında əvvəlki tərkib - deputatlar Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə təmsil olunacaq.

Komissiyanın yeni tərkibinin təsdiqlənməsi məsələsinə Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında baxılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi