Milli Məclisin deputatlarına müalicə və istirahət üçün müavinət veriləcək

Milli Məclisin deputatlarına müalicə və istirahət üçün müavinət veriləcək Parlamentin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar iyul ayının 15-dən tətilə buraxılacaq
Daxili siyasət
30 May , 2015 10:57
Milli Məclisin deputatlarına müalicə və istirahət üçün müavinət veriləcək

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar iyul ayının 15-dən tətilə buraxılacaq.

"Report" xəbər verir ki, "Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət də veriləcək. Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alacaqlar.

Tətil müddəti avqustun 30-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi