Milli Məclisin deputatlarına həmkarlarının sözünü kəsmək qanunla qadağan olunur

Milli Məclisin deputatlarına həmkarlarının sözünü kəsmək qanunla qadağan olunur Həmçinin, deputat başqa deputatın əvəzinə səs verə bilməz
Daxili siyasət
19 Aprel , 2017 14:46
Milli Məclisin deputatlarına həmkarlarının sözünü kəsmək qanunla qadağan olunur
Report.az

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin iclaslarında deputatlarına başqa deputatın əvəzinə səs vermək qanunla qadağan olunur.

"Report"un xəbərinə görə, bu, yeni hazırlanan "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, deputat Mili Məclisin iclaslarında iştirak edən həmkarlarına bərabərhüquqlu münasibət göstərməli, onların fikirlərinə hörmətlə yanaşmalı, münaqişələrdən çəkinməli, öz mövqeyini hədə, təhdid və digər zorakı hərəkətlərlə bildirməməlidir.

Bundan başqa, deputat Milli Məclisin iclaslarının aparılmasına mane olmamalı, çıxış edənlərin sözünü kəsməməli, kənar müdaxilələr etməməli, çıxışlarında kobud ifadələr istifadə etməkdən çəkinməli, iclasın normal gedişini və iş qaydasını pozmamalı, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, qanunsuz hərəkətlərə çağırmamalıdır.

Deputat çıxışlarının, bəyanatlarının, sual və təkliflərinin məzmununun müəyyən edilmiş gündəliyə uyğun olmasını diqqətdə saxlamalı, belə halların iclasın iş qaydasını pozmasına yol verməməlidir. 

Son xəbərlər

Orphus sistemi