Milli Məclisin deputatları tətilə çıxıb

Milli Məclisin deputatları tətilə çıxıb Onlar yanvarın 15-dək məzuniyyətdə olacaqlar
Daxili siyasət
2 Yanvar , 2015 15:25
Milli Məclisin deputatları tətilə çıxıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Milli Məclisin deputatları yanvarın 1-dən tətilə buraxılıblar. “Report” xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvarın 15-dək məzuniyyətdə olacaqlar.

Qeyd edək ki, Nizamnaməyə əsasən, tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

İngilis versiyası ​MPs go on vacation

Son xəbərlər

Orphus sistemi