Milli Məclisin deputatı Türkiyədəki seçkiləri müşahidə edəcək

Milli Məclisin deputatı Türkiyədəki seçkiləri müşahidə edəcək Milli Məclisin deputatı Türkiyədəki seçkiləri müşahidə edəcək.
Daxili siyasət
11 may 2023 13:39
Milli Məclisin deputatı Türkiyədəki seçkiləri müşahidə edəcək

Milli Məclisin deputatı Türkiyədəki seçkiləri müşahidə edəcək.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Türkiyə Respublikasında keçiriləcək prezident və parlament seçkilərini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) xətti ilə müşahidə etmək üçün mayın 12-də Türkiyənin Konya şəhərinə səfər edəcək.

Deputat burada seçkilərə hazırlıqla tanış olacaq, seçki günü məntəqələrdə prosesin gedişini və seçicilərin fəallığını izləyəcək.

Səfər mayın 15-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi