Milli Məclisin deputatı problemli kreditlərin həlli ilə bağlı təklif irəli sürüb

Milli Məclisin deputatı problemli kreditlərin həlli ilə bağlı təklif irəli sürüb Deputat: "Bunun üçdə birini hökumət və banklar öz öhdəsinə götürsün"
Daxili siyasət
29 Mart , 2017 15:14
Milli Məclisin deputatı problemli kreditlərin həlli ilə bağlı təklif irəli sürüb
Report.az

Bakı. 29 mart. REPORT.AZ/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli komitənin bu gün keçirilən iclasında problemli kreditlərin həlli ilə bağlı təklif irəli sürüb.

"Report"un xəbərinə görə, T.Kərimli bildirib ki, dövlət bu cür kreditlərin həllinə çalışmalıdır: "Manatın devalivasiyasında xalqın, kredit götürənlərin heç bir günahı yoxdur. Nədənsə manatın qiymətdən düşməsinin əziyyətini xalq çəkir. Ona görə təklif edirəm ki, bunun üçdə birini hökumət və banklar öz öhdəsinə götürsün. Mənə elə gəlir ki, bu, dövlətimizin etimadını daha da yüksəldə bilər".

Deputat Azay Quliyev isə çıxışında bildirib ki, banklarla bağlı olan vəziyyət hamını narahat edir. O vurğulayıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı addımlar atır, amma bu sahədə kifayət qədər həssaslıq var.

2016-cı ildə 700 minə yaxın məhkəmə işinin olduğunu xatırladan deputat qeyd edib ki, bu işlərin 40 faizi banklarla bağlı olub: "Buradan da görünür ki, banklarla bağlı proses çox ciddi şəkildə məhkəmələrə yönləndirilir. Bu faizi hesablasaq, təxminən 300 minə yaxın şikayət deməkdir. Biz bu prosesi məhkəmələrə qədər müəyyən mənada tənzimləsək, həm də ictimai nəzarət mexanizmini şəffaf edə bilsək, məncə, məhkəmələrə müraciətlərin sayı da azala bilər".

Son xəbərlər

Orphus sistemi