Milli Məclisin deputatı Karlovı Varıda evinin olması ilə bağlı iddialara münasibət bildirib

Milli Məclisin deputatı Karlovı Varıda evinin olması ilə bağlı iddialara münasibət bildirib “Orada evlər Sulutəpə qəsəbəsindəki evlərdən ucuzdur”
Daxili siyasət
26 Yanvar , 2017 16:34
Milli Məclisin deputatı Karlovı Varıda evinin olması ilə bağlı iddialara münasibət bildirib

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti  Adil Əliyev Çexiyanın kurort şəhərciyi Karlovı Varıda ev alması ilə bağlı iddialara münasibət bildirib.

A.Əliyev "Report"a açıqlamasında deyib ki, Karlovı Varıda evlər Bakının Sulutəpə qəsəbəsindəki evlərdən ucuzdur: "Həmin şəhərdə evim var. Burada qeyri-adi nə var ki?! Orada evlər kifayət qədər ucuzdur. Hər kəs oradan ev ala bilər".

Qeyd edək ki, Rusiya mediasında Çexiyanın kurort şəhərciyi Karlovı Varıda azərbaycanlı bəzi deputatlara və məmurlara məxsus evlərin olduğu barədə məlumatlar yayılıb.

Son xəbərlər

Orphus sistemi