Milli Məclisin deputatı: "Həbsdən azad olunan insanlar cəmiyyətə adaptasiya ola bilmir"

Milli Məclisin deputatı: "Həbsdən azad olunan insanlar cəmiyyətə adaptasiya ola bilmir" Tahir Kərimli: "Minlərlə məhkəmə qərarları, xüsusilə də mülki işlər üzrə qərarlar icra olunmayıb"
Daxili siyasət
1 Mart , 2017 15:38
Milli Məclisin deputatı: Həbsdən azad olunan insanlar cəmiyyətə adaptasiya ola bilmir

Bakı. 1 mart. REPORT.AZ/ "Mənzil sahibləri ilə köçkünlər arasında məhkəmə çəkişmələri var. Bu məsələdə cəmiyyətdə narahatlıq mövcuddur. Ombudsman bu sahədə fəallığını artırmalıdır, bununla bağlı təkliflər hazırlanmalıdır".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli komitənin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda bəzən əmək miqrantlarının əməyindən qanunsuz istifadə olunur: "Öz işçi qüvvələrimiz isə işsiz qalır, bəzi hallarda da miqrantlardan az əmək haqqı alırlar. Bu baxımdan, həmin işçilərin hüquqları pozulur. Ombudsman bu sahəyə də diqqətini artırmalıdır".

T.Kərimli məhkəmə qərarlarının icra olunmaması ilə bağlı narahatlığını bildirib: "Minlərlə məhkəmə qərarı, xüsusilə də mülki işlər üzrə qərarlar icra olunmayıb. Bəzi hallarda da qərarların icrası ləngidilir".

Deputat həbsdən azad olunan insanların cəmiyyətə adaptasiyası məsələsinə də toxunub: "2016-cı il millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan amnistiya aktı 10 min insana şamil edildi. Bir məsələyə xüsusi diqqət yetirmək lazımdır, həbsxanadan çıxan insan işlə təmin olunmur, həmin insanlar cəmiyyətə adaptasiya ola bilmir. Bu istiqamətdə işlər həyata keçirilməlidir".

Son xəbərlər

Orphus sistemi