Milli Məclisin dekabrın 4-nə təyin olunan iclasının gündəliyi açıqlanıb

Milli Məclisin dekabrın 4-nə təyin olunan iclasının gündəliyi açıqlanıb İclasda yeni hazırlanan "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi müzakirə ediləcək
Daxili siyasət
2 Dekabr , 2015 11:02
Milli Məclisin dekabrın 4-nə təyin olunan iclasının gündəliyi açıqlanıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Milli Məclisin dekabrın 4-nə təyin olunan plenar iclasının gündəliyi açıqlanıb. Parlamentdən "Report"a verilən xəbərə görə, növbəti iclasda 7 məsələnin müzakirə olunması nəzərdə tutulub.

İclasda yeni hazırlanan "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi müzakirə ediləcək. Eyni zamanda, "Azərbaycan respublikasının vətəndaşlığı haqqında", "Dini etiqad azadlığı haqqında", "Polis haqqında" qanun layihələrinə, eləcə də Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi