Milli Məclis çimərliklərlə bağlı yeni tələblər nəzərdə tutan dəyişiklik layihəsini müzakirə edib

Milli Məclis çimərliklərlə bağlı yeni tələblər nəzərdə tutan dəyişiklik layihəsini müzakirə edib Bəzi deputatlar layihənin anlaşılmaz olduğunu deyiblər
Daxili siyasət
31 May , 2017 14:14
Milli Məclis çimərliklərlə bağlı yeni tələblər nəzərdə tutan dəyişiklik layihəsini müzakirə edib

Bakı. 31 may. REPORT.AZ/ Milli Məclis çimərliklərlə bağlı yeni tələblər nəzərdə tutan dəyişiklik layihəsini müzakirə edib.

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. 

Layihəyə əsasən, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

Məcəllədə dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır və ictimai çimərliklərin hüquqi aktların tələblərinə və normalara uyğun olaraq yaradılması tələb edir.

Bəzi deputatlar layihənin anlaşılmaz olduğunu deyiblər. Ona görə də müzakirələrin növbəti iclasda davam etdirilməsi qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi