“Report” xəbər verir ki, iclasda bitərəf deputatlar parlamentin buraxılması ilə əlaqədar Milli Məclisə müraciət etmək təklifi ilə çıxış ediblər.
Qeyd edək ki, dekabrın 2-də parlamentin keçiriləcək plenar iclasında müraciət müzakirə olunacaq.
Xatırladaq ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.