Milli Məclisin bəzi komitələri yenidən formalaşdırılıb

Milli Məclisin bəzi komitələri yenidən formalaşdırılıb Parlamentin fevralın 1-də keçirilən iclasında komitələrin yeni üzvləri təsdiqlənib
Daxili siyasət
1 Fevral , 2016 13:15
Milli Məclisin bəzi komitələri yenidən formalaşdırılıb

Bakı. 1 fevral. REPORT.AZ/ Milli Məclisin 10 komitəsi yenidən formalaşdırılıb. 

"Report" xəbər verir ki, parlamentin fevralın 1-də keçirilən iclasında komitələrin yeni üzvləri təsdiqlənib. 

Yenidən formalaşdırma nəticəsində Məlahət İbrahimqızı və Tahir Kərimli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Xanlar Fətiyev və Vüsal Hüseynov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Mirzəcan Xəlilov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Fuad Muradov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Cavanşir Paşazadə Aqrar siyasət komitəsinin, Sevinc Hüseynova və Musa Quliyev Əmək və sosial siyasət komitəsinin üzvü olublar. 

Bundan başqa, Ülviyyə Ağayeva, Sona Əliyeva, Elşad Həsənov və Asim Mollazadə Elm və təhsil komitəsinin, Aqil Abbas, Əflatun Amaşov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Ziyad Səmədzadə və Mixail Zabelin Mədəniyyət komitəsinin, Bəxtiyar Əliyev, Araz Əlizadə, Sahibə Qafarova, Tahir Mirkişili və Elman Nəsirov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Kamilə Əliyeva, İlham Məmmədov və Sədaqət Vəliyeva Səhiyyə komitəsinin tərkibinə daxil ediliblər. 

Qeyd edək ki, komitələrin yenidən formalaşdırılması Milli Məclisin Daxili Nizamnaməsinə edilən dəyişikliklərlə bağlıdır.

Dəyişikliyə əsasən, artıq bir deputat eyni zamanda parlamentin iki komitəsində təmsil oluna biləcək. Əvvəlki qaydalar bir deputatın yalnız bir komitənin üzvü olmasına imkan verirdi.

Son xəbərlər

Orphus sistemi