Milli Məclisin 2016-cı il üçün sonuncu plenar iclası başlayıb

Milli Məclisin 2016-cı il üçün sonuncu plenar iclası başlayıb Plenar iclasa spiker Oqtay Əsədov sədrlik edir
Daxili siyasət
30 Dekabr , 2016 12:01
Milli Məclisin 2016-cı il üçün sonuncu plenar iclası başlayıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM)2016-cı il üçün sonuncu - bağlanış plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, iclasa MM sədri Oqtay Əsədov sədrlik edir.

Plenar iclasın gündəliyinə İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, eyni zamanda "Təhsil haqqında", "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında", "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyesteri haqqında", Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", Nəşriyyat işi haqqında", "Lotereyalar haqqında", Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Büdcə sistemi haqqında", "Yol hərəkəti haqqında" qanununa dəyişiklik layihələri daxildir.

Bundan başqa, parlament "Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında" qanun layihəsini də müzakirəyə çıxaracaq.

Son xəbərlər

Orphus sistemi