Parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərin sayı açıqlanıb

Parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərin sayı açıqlanıb Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 32 müraciət daxil olub.
Daxili siyasət
22 Yanvar , 2020 11:17
Parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərin sayı açıqlanıb

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 32 müraciət daxil olub.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri qeyd edib ki, ötən ilin dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı da şikayətlərin sayı əvvəlki seçkilərdəkindən müqayisəolunmaz dərəcədə azalıb:

“Hesab edirəm ki, Milli Məclisə seçkilərlə əlaqədar da bunun şahidi olacağıq. İndiyə qədər müqayisə olunmayan bir nəticə əldə olunub. Yəni bütün tərəflərdən MSK-ya 32 müraciət daxil olub. Bu da aparılan tədbirlərin nəticəsində əldə edilib”.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi